AR AR AR
az hu eng
pxl
lang
pxl
Republic of Azerbaijan
pxl
pxl
Azerbaijan-Hungarian Relations
pxl
pxl
Armenian Aggression Against Azerbaijan
pxl
pxl
Embassy
pxl
pxl
Consular Section
pxl
pxl
News
pxl
pxl
Nəşrlər
pxl
Photogallery
pxl
Əlavə linklər
pxl
pxl
pxl
Library of the Embassy
pxl


banner

Azərbaycan Respublikasının Fövqəladə

və Səlahiyyətli Səfiri Həsən Həsənovun müraciəti

Əziz oxucu,

Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyinin internet saytına xoş gəlmişsiniz. İnternet saytımızda ölkəmiz, Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrin inkişafı və konsul xidməti barədə məlumat verməyə çalışacağıq.

Azərbaycan xalqının dövlət tarixinin 3000 ildən çox yaşı var. Bu dövr ərzində ölkəmiz dəfələrlə işğal olunmuş və müstəqilliyini itirmişdir. Lakin hər dəfə bizim xalq ayağa qalxmış və öz müstəqilliyini bərpa etmişdir.

Rusiyada baş verən 1917-ci il fevral inqilabından sonra Azərbaycan xalqı siyasi iradə göstərmiş və yeni siyasi bazis üzərində öz müstəqilliyini bərpa etmişdir. 1918-ci ilin mayında Azərbaycan Demokratik Respublikası elan olundu.

1991-ci ilin oktyabrında Azərbaycan Respublikası Sovet İttifaqının tərkibindən çıxmasını elan etdi. Bizim müstəqilliyimiz bütün dünya tərəfindən qəbul olundu.

Müstəqilliyi elan etdikdən sonra Azərbaycan Ermənistan Respublikasının işğalı ilə üzləşdi. Bu işğal nəticəsində torpaqlarımızın 20% işğal olunmuş və hələ də işğal altında qalmaqdadır. Bu torpaqlar etnik təmizlənməyə məruz qalmış, 1 milyon Azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişlər.

26 fevral 1992-ci ildə təcavüzkar Ermənistan Respublikası Azərbaycanın Xocalı şəhərində soyqırım törətmiş, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 1000-ə yaxın insan qətlə yetirilmiş və yaralanmışdır. Xocalı bütövlüklə dağıdılmışdır.

Bu çətinliklərə baxmayaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində bu gün Azərbaycan bərabər və etibarlı tərəfdaş kimi dünyada təşəkkül tapmışdır.

Hazırda Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir. Demokratik və dünyəvi ölkə kimi Azərbaycanda insan haqları, söz və din azadlığı hökm sürür. Bizim strateji məqsədimiz Avro-atlantik strukturlara inteqrasiya etməkdir.

Azərbaycan sürətli və dinamik inkişaf edən ölkədir. Azərbaycanda iri enerji və nəqliyyat layihələri həyata keçirilir və bu layihələr artıq regional inkişafa təsir etmişdir. Azərbaycan uğurla enerji siyasətini yerinə yetirir. Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq işə düşmüşdür və ilk Azərbaycan nefti gəmi vasitəsilə Ceyhan limanından yola salınmışdır. Bu nadir infrastrukturdur. İlk dəfə olaraq Xəzər və Aralıq dənizləri belə güclü infrastrukturla birləşdirilmişdir. Azərbaycanın iri neft və qaz resurslarını nəzərə alaraq, bu hadisə ölkəmizə uğurlu inkişaf və dostlarımıza və tərəfdaşlarımıza ümumi mənfəət gətirəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə adlandırılmışdır. Bu Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən 1994-cü ildə irəli sürülən neft strategiyası idi və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün imkanlar yaradır.

Ölkəmiz Azərbaycan qazının Qara və Aralıq dənizi regionlarına nəql olunması üçün qaz layihələri və qaz kəmərləri üzərində aktiv işləyir. Bu gün Xəzər dənizi Qara və Aralıq dənizləri ilə enerji kəmərləri vasitəsilə birləşdirilmişdir. Bu yeni imkanlar açır. Azərbaycan qonşu ölkələr üçün etibarlı enerji daşıyıcısına çevrilməkdədir və biz bundan maksimum istifadə etməyə və regionda yaxşı şərait yaratmağa səy göstəririk. Əminəm ki, bu regional əməkdaşlığa, təhlükəsizliyə və sülhə öz töhfəsini verəcək.

Ölkəmiz Avropa və Asiyanın qovşağında yerləşir və öz təbii körpü rolunu oynayır. Azərbaycandan, həmçinin Orta Asiyadan Avropaya nəqliyyat layihələrinin əhəmiyyəti artmaqdadır. Bizim tarixi İpək yolu, TRASEKA proqramı, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti yalnız idea və arzular deyil. Onlardan əksəri artıq müvəffəqiyyətlə başa çatdırılmışdır.

Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi artmaqdadır. Ölkələrimiz arasında neft və qaz sahələrində əməkdaşlıq hələ ki ilkin mərhələdədir. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan Macarıstan üçün alternativ enerji mənbəyi olacaqdır.

Əsirlər boyu Azərbaycan və Macar xalqının tarixi və taleyi bir-biriləri ilə sıx bağlı olmuşdur. Qədim Kimmer və Skiflərin dövründə əcdadlarımız bir yerdə yaşamış və vahid bir dövlət yaratmışlar. Bizim dillərin ümumi kökləri var. Qədim inancımız da bir olmuşdur. Mədəniyyətlərimiz bir çox halda oxşar olmuşdur.

Azərbaycan xalqı bunu xatırlayır, bilir və yüksək qiymətləndirir. Bütün məsuliyyəti dərk edərək bildirirəm ki, istər qəsdən, istərsə də bilmədən olsun, dünyada elə bir qüvvə yoxdur ki, xalqlarımız arasında dostluğa zərər vursun. Bunu Azərbaycana səfər edən Macar siyasətçiləri, alimləri, jurnalistləri təsdiq edə bilərlər.

2004-cü ildə Macarıstanda Azərbaycan Səfirliyi açıldıqdan bəri bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində əlimizdən gələni edirik.

Biz həmçinin Macarıstanla mədəni sahədə uğurla əməkdaşlıq edirik. Səfirlik Azərbaycan mədəniyyətini Macarlara təqdim etmək üçün müxtəlif konsertlər, sərgilər, pres konfranslar təşkil etmişdir.

Əminəm ki, Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında dostluq və əməkdaşlığa əsaslanan siyasi, iqtisadi və mədəni əlaqələr xalqlarımızın maraqları naminə daha da inkişaf edəcək. Saytımızı istifadə edərkən sizə xoş vaxt arzulayıram.


Site by Flexible Solutions